Moldova ilk dəfə ABŞ-dən qaz alacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Moldova gələn həftə ilk dəfə olaraq ABŞ-dən maye qaz alacaq.
Bu barədə ölkənin energetika naziri Viktor Parlikov yerli televiziyaya
açıqlama verib.
Onun sözlərinə görə, ABŞ maye qazı daşıyan gəmi artıq Yunanıstanın
Aleksandrupolis limanına gəlib və yükü boşaldılandan sonra Moldova qazın ilk
alıcılarından birinə çevriləcək.
Nazir qeyd edib ki, ABŞ qazının qiyməti min kubmetr üçün təxminən 30 avro
təşkil edəcək.
Mənbə: İnterfaks