Moldova lideri İlham Əliyevi təbrik edib

Moldova lideri İlham Əliyevi təbrik edib

Baxış sayı: 3. 588 dəfə baxılıb.

Moldovanın prezidenti  İqor Dodon dövlət başçısı İlham Əliyevi seçkilərdə qalib gəlməsi münasibəti ilə təbrik edib.

ÇıxışYolu.Com xəbər verir ki, təbrik məktubunda deyilir:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizə Moldova Respublikasının xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi çatdırır, qarşıya qoyduğunuz məqsədlərə nail olmaq yolunda böyük uğurlar və əzmkarlıq arzulayıram.

Sizi yenidən dövlət başçısı vəzifəsinə seçməklə Azərbaycan xalqı Zati-alinizə olan etimadını göstərdi, ölkənin inkişafı, cəmiyyətdə sabitlik və həmrəylik, xalqın tərəqqisi və rifahının yüksəlməsi naminə seçdiyiniz yolu tam dəstəklədiyini nümayiş etdirdi.

Əminəm ki, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında konstruktiv dialoq və sıx əməkdaşlıq bundan sonra da ölkələrimizin münasibətlərinin möhkəmlənməsinə kömək edəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, yeni nailiyyətlər arzulayır və bir daha dərin hörmətimi ifadə edirəm.

www.ÇıxışYolu.Com