Moldova müharibəyə cəlb ediləcək - Dodon

Moldova müharibəyə cəlb ediləcək – Dodon

Baxış sayı: 1. 122 dəfə baxılıb.

Xaricdən gələn diktələrin xeyrinə suverenliyin itirilməsi Moldovanı silahlı münaqişələrə cəlb edə bilər.

Axar.az xəbər verir ki, bunu Moldovanın keçmiş prezidenti İqor Dodon deyib.

“Bu gün biz görürük ki, gərgin geosiyasi kontekstdə bəzi dövlətlər öz diktələrini Moldova siyasətinə tətbiq etməyə çalışırlar və biz moldovalıları regional strateji maraqları üçün rıçaq etmək istəyirlər. Bu şəraitdə suverenliyin və müstəqilliyin itirilməsi Moldovanın silahlı münaqişələrə cəlb olunmasına, son nəticədə ərazi itkilərinə və hətta dövlətçiliyin itirilməsinə səbəb ola bilər. Buna yol vermək olmaz”, – Dodon bildirib.