Moldova prezidenti Novruz bayramı münasibətilə azərbaycanlıları təbrik etdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Moldova Prezidenti Maya Sandu Novruz bayramı münasibətilə azərbaycanlıları
təbrik edib.
Sandu bu barədə özünün “Facebook” hesabında paylaşım edib.
“Astronomik bahar gəldi və baharla birlikdə Novruz bayramını qeyd edən dünya
azərbaycanlılarının qəlblərinə də sevinc gəldi. O Novruz bayramı ki, sülh və
harmoniya gətirən, təbiəti canlandıran, firavan və parlaq bir ilin olacağına
ümidlər doğuran bir bayramdır.
3000 ildən artıq ənənəyə malik olan Novruz bayramı 2009-cu ilin sentyabr
ayından UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib, 2010-cu ilin
fevralında isə BMT Baş Assambleyası 21 mart gününü Beynəlxalq Novruz Günü elan
edib ki, bu da saflıq və əbədi bəşəri dəyərlər deməkdir. Bu, ailə və cəmiyyətin
vəhdəti deməkdir, mədəni ənənələrin zaman keçdikcə inkişaf etməsi və
əbədiləşməsi deməkdir.
Moldova Respublikasının azərbaycanlı icmasını və Novruz bayramını qeyd
edənləri gözəl və təzələnən bayram münasibətilə təbrik edirəm. Qoy eviniz bütün
sevdiklərinizin görüş yerinə çevrilsin, qəlbləriniz isə xeyir və nura açıq
olsun. Novruz bayramınız mübarək olsun! Novruz bayramınız xoşbəxtlik gətirsin!”
– deyə Maya Sandu paylaşımda qeyd edib.