Moldova Rumıniya ilə birləşəsi olmadı

Moldova Rumıniya ilə birləşəsi olmadı

Baxış sayı: 2. 211 dəfə baxılıb.

Moldova suveren və müstəqil dövlətdir və hal-hazırda onun Rumıniya ilə birləşməsindən söz belə gedə bilməz.

ÇıxışYolu.Com xəbər verir ki, bu sözləri Moldovanın baş naziri Pavel Filip səsləndirib.

“Ölkələrin birləşməsi, onların identikliyi, dilin eyni olması barədə çox sözlər eşitdik, mən isə ölkənin inkişafı üçün konkret addımların atıldığını görmək istəyirəm”, – deyə Filip vurğulayıb.

Filip Moldovanın Rumıniyadan müstəqil olduğunu qeyd edib və onların yalnız Avropa İttifaqının tərkibində birləşməsini arzuladığını diqqətə çatdırıb.

“Bəzi dövlətlər isə millətçilər arasında təhrikçiliklə məşğul olur”, – deyə nazir Rusiya və Rumıniyanın bostanına daş atıb.

.
www.ÇıxışYolu.Com