Moldova XİN Rusiya səfirinə nota verdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Rusiya səfiri Oleq Vasnesov Moldova Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə nazirlikdən məlumat verilib.
Məlumata görə, Rusiyada prezident seçkisi ilə bağlı Dnestryanı bölgədə seçki
məntəqələrinin açılması səbəbindən Rusiyanın Moldovadakı səfirinə etiraz ifadə
edilib.
Həmçinin Oleq Vasnesova nota verilib ki, bu notaya əsasən, səfirlik
əməkdaşlarından biri “persona non grata” (arzuolunmaz şəxs) elan edilib.
“Persona non grata” elan edilən əməkdaş yaxın vaxtlarda Moldova ərazisini tərk
etməlidir.
Mənbə: Moldovalibera.md