Bazar günü Moldovada prezident seçkisi və respublikanın Avropaya inteqrasiyası
məsələsi üzrə konstitusiya referendumu keçirilir.
Cixisyolu.com “İnterfaks”a istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının
qərarına əsasən, Moldova ərazisində 1 957 seçki məntəqəsi fəaliyyət göstərir.
Xaricdə Moldova vətəndaşları üçün 37 ölkədə 231 seçki məntəqəsi açılıb.
Sentyabrın 1-nə olan məlumata görə, seçicilərin dövlət reyestrində 3 milyon
300 min 805 nəfər var.
Seçkini ATƏT-in Missiyası və bir sıra digər beynəlxalq təşkilatlar izləyir.
Yerli MSK seçkiləri izləmək üçün 1 500-ə yaxın moldovalı və beynəlxalq
müşahidəçini akkreditasiya edib.
Bu il prezident postu uğrunda 11 namizəd mübarizə aparır. İctimai rəy
sorğularının nəticələri hazırkı Prezident Maya Sandunu seçki yarışının favoriti
kimi göstərir. Onun əsas rəqibi keçmiş baş prokuror Aleksandr Stoyanoqlodur.