Moldovada protokolların 75 faizi sayılandan sonra prezident seçkisinin
taleyinin ikinci turda həll olunacağı açıqlanıb.
Cixisyolu.com xəbər verir ki, bu barədə Moldova Mərkəzi Seçki Komissiyası məlumat
yayıb.
Son məlumatlara görə, Maya Sandu səslərin 36.7%-ni, onu əsas rəqibi Aleksandr
Stoyanov isə 29.1%-ni toplayıb.
Mərkəzi Seçki Komissiyası Moldovada prezident seçkisinin ikinci turunun
noyabrın 3-də keçiriləcəyini açıqlayıb.