Konstitusiya Məhkəməsinin qərarı ilə səlahiyyətləri əlindən alınmış İqor Dodon parlament binasına gəlib.
Bu barədə “Sputnik” məlumat yayıb.
Bildirilir ki, Dodonun gəlişindən dərhal sonra parlament binası qarşısında etirazçılar toplaşmağa başlayıb.
Həmçinin qeyd olunur ki, Dodonun əleyhdarları ilə dolu avtobuslar paytaxta doğru hərəkət edir.
11.28
Moldova Konstitusiya Məhkəməsi prezident səlahiyyətlərini müvəqqəti olaraq baş nazir Pavel Filipə həvalə edib.
Bu barədə Moldova Konstitusiya Məhkəməsinin saytında yer alan məlumatda deyilir.
Konstitusiya Məhkəməsinin qərarına əsasən, baş nazir parlamenti buraxmalı və növbədənkənar parlament seçkiləri təyin etməlidir.
P. Filip artıq parlamentin buraxılması haqqında fərman imzaladığını bildirib. Moldovada növbədənkənar parlament seçkiləri sentyabrın 7-nə təyin olunub.