e86ca5aa-8cb9-4426-a9d1-9ec88c05fd80..jpg

Moldovanın aparıcı KİV-i İlham Əliyevin Xankəndiyə səfərinə geniş yer ayırıb – FOTO

Baxış sayı: 453 dəfə baxılıb.

Moldovanın aparıcı KİV-i İlham Əliyevin Xankəndiyə səfərinə geniş yer ayırıb –
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moldovanın aparıcı KİV-i Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndiyə
səfəri və orada Dövlət Bayrağımızı ucaltması ilə bağlı materiallara geniş yer
ayırıb.

AZƏRTAC xəbər verir ki, “Noi”, “Unica”, “Azadlıq Radiosu”nun Moldova
redaksiyası, “Timpul”, “AVA”, “Jurnal” və digər xəbər portallarında rumın və
rus dillərində dərc edilən məqalələrdə dövlətimizin başçısının Xankəndi
şəhərinə səfəri və həmin ərazidə Dövlət Bayrağını ucaltması, çıxışında
səsləndirdiyi fikirlərə geniş yer verilib.

“AVA” və “Jurnal” xəbər portallarında AZƏRTAC-a istinadla dərc edilən
xəbərlərdə Prezident İlham Əliyevin Xankəndidə çıxışı zamanı ümummilli lider
Heydər Əliyevin misilsiz xidmətləri haqqında söylədiyi fikirlər oxuculara
çatdırılıb. Məqalələrdə dövlətimizin başçısının fikirlərinə istinadla yazılır:
“Bu il “Heydər Əliyev İli”dir. Biz Heydər Əliyevin 100 illiyini il boyunca qeyd
edirik. Necə qeyd edirik? Onun siyasətinə, onun tarixi irsinə hörmət
göstərərək, onun siyasətini davam etdirərək qeyd edirik. Mən ulu öndərin ad
gününü (100 illiyini – red.) Şuşada keçirdim. Onun 50 illiyini mən yaxşı
xatırlayıram. 1973-cü ildə evdə ancaq ailə üzvləri onu qeyd etdik. Altmış
illiyini də xatırlayıram, o zaman Moskvada çalışırdı. Orada da heç bir qonaq
yox idi. Yetmiş illiyini Naxçıvanda oraya gələrək atamla birlikdə qeyd
etmişdim. Səksən illiyini isə – artıq sağlamlığı o qədər də yerində deyildi –
Ankarada xəstəxanada, xəstəxananın yeməkxanasında keçirmişik. Ona görə də
atamın 100 illiyini bizim üçün böyük rəmzi məna daşıyan, hər bir
azərbaycanlının ürəyində yaşayan Şuşada qeyd etməli idim. Orada Azərbaycan
xalqına müraciət edərək öz ürək sözlərimi dedim”.

“Noi”, “Unica”, “Azadlıq Radiosu”nun Moldova redaksiyası, “Timpul” xəbər
portallarında dərc edilən məlumatlarda isə qeyd olunur ki, Prezident İlham
Əliyev Xankəndi, Ağdərə və Qarabağın digər bölgələrində Azərbaycanın Dövlət
Bayrağını ucaldıb. Qeyd edilib ki, bu, İlham Əliyevin prezidentliyinin 20-ci
ildönümünə təsadüf edib.

Source link