db00a550-7c45-4a9a-988d-d4017e0aae66..jpg

Mömünə Xatun türbəsinin ətrafında olan yarımçıq tikili ilə bağlı RƏSMİ AÇIQLAMA

Baxış sayı: 643 dəfə baxılıb.

Mömünə Xatun türbəsinin ətrafında olan yarımçıq tikili ilə bağlı RƏSMİ AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Naxçıvan Şəhər İcra Hakimiyyəti Mömünə Xatun türbəsinin ətrafında olan
yarımçıq tikili ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

İcra Hakimiyyətindən bildirilib ki, Naxçıvanın simvollarından biri olan Mömünə
Xatun türbəsinin ətrafında olan yarımçıq tikili ilə bağlı dəqiqləşdirilmədən
yayılan məlumatlar həqiqəti əks etdirmir.

“Naxçıvan şəhərinin Əcəmi seyrəngahı ərazisində Naxçıvan Muxtar
Respublikasının Dövlət Energetika Xidməti tərəfindən başladılan tikinti işləri
2023-cü ilin noyabr ayından Naxçıvan Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti
dövlət qurumlarının gördüyü tədbirlər nəticəsində tikinti işləri dayandırılıb.
Həmçinin ərazinin razılaşdırılmadan istismarına icazə verilmədiyinə dair
xəbərdarlıq edilib”.

Xidmət tikinti işlərinin başladılmasını 459 nömrəli yarımstansiyanın köhnə
olması və təhlükəsizlik nöqteyi-nəzərindən qurğu və avadanlıqların qapalı
tikilinin içərisində quraşdırılması ilə əsaslandırıb.

Qeyd olunub ki, növbəti mərhələdə seyrangahın görünüşünə xələl gətirən digər
hava elektrik verilişi xəttinin yeraltı kabel xəttinə keçirilməsi işləri də
aparılacaq:

“Bütün bunları nəzərə alaraq İcra Hakimiyyəti tərəfindən uyğun yer seçilməsi
ilə bağlı layihələndirmə işlərinə başlanılıb. Abidənin tarixiliyi nəzərə
alınaraq aparılan işlər yekunlaşdıqdan sonra tarixi abidəyə heç bir xələl
gətirmədən elektrik xətlərinin çəkilməsi və qanunauyğun formada nəzərdə tutulan
yarımstansiyanın qurulması üçün müvafiq yer ayrılacaq”.

Source link