fba76b49-0ed2-4c2f-bb4d-b6718a048e5c..jpg

Monika Belluççi Tim Börtonla ilk dəfə birlikdə görüntülənib – FOTO

Baxış sayı: 722 dəfə baxılıb.

Monika Belluççi Tim Börtonla ilk dəfə birlikdə görüntülənib – FOTO

Aktrisa Monika Belluççi və rejissor Tim Börton Londonda görüş zamanı
fotoqrafların obyektivinə tuş gəliblər.

58 yaşlı Belluççi və 64 yaşlı Börton Britaniya paytaxtının mərkəzindəki
restorandan çıxarkən əl-ələ veriblər.

İlk dəfə cütlüyün münasibəti 2023-cü ilin martında ortaya çıxıb. İyunun
sonunda aktrisa rejissorla görüşdüyünü təsdiqləyib.

“Nə deyim… Əvvəla, bu insanla tanış olduğum üçün şadam. Bu, həyatda nadir
hallarda rast gəlinən tanışlıqlardan biridir. Mən bu adamı tanıyıram, onu
sevirəm”, – Belluççi deyib.

Qeyd edək ki, Tim Börtonla münasibətdən əvvəl Monika Belluççi iki dəfə –
fotoqraf Klaudio Karlos Basso və aktyor Vincent Kassellə evli olub. İkinci
evliliyindən aktrisanın iki qızı var: 12 yaşlı Leoni və 18 yaşlı Deva.

Mənbə: gazeta.ru

Source link