“Monpelye” klubunun rəsmiləri “Marsel”lə görüşdə 0:5 hesabı ilə məğlub
olduqdan sonra baş məşqçi Mişel Der Zakaryanı vəzifəsindən azad ediblər.
Cixisyolu.com xəbər verir ki, Mişel Der Zakaryan 2022-ci ildən “Monpelye” klubunun
baş məşqçisi vəzifəsində çalışırdı.
Qeyd edək ki, Mişel Der Zakaryan bu mövsüm “Monpelye” klubu ilə çıxdığı 8
oyunda bir dəfə qalib gəlib, bir dəfə heç-heçə edib, qalan oyunlarda isə məğlub
olub.