cf707f03-6af0-4972-8607-aedef07b3beb..jpg

Monteneqro Azərbaycandan investisiyalar cəlb etməkdə maraqlıdır

Baxış sayı: 968 dəfə baxılıb.

Monteneqro Azərbaycandan investisiyalar cəlb etməkdə maraqlıdır

“Monteneqro ölkənin yaşıl enerji sektorunun inkişafına Azərbaycan tərəfindən
investisiyaların qoyulmasına açıqdır”.

Bu barədə Monteneqronun vitse-prezidenti, investisiyalar naziri Ervin
İbrahimoviç “Trend”ə müsahibəsində deyib.

E.İbrahimoviç Monteneqronun azərbaycanlı investorlarla artıq səmərəli
əməkdaşlığa başladığını deyib.

“Monteneqronun külək, günəş, həmçinin hidroenerji sahəsindəki potensialını
nəzərə alaraq ölkəmizdə bərpa olunan enerji mənbələri sənayesinin inkişafı
üzərində çalışırıq və xarici investisiyalar, xüsusən Azərbaycan investorları
üçün açığıq, çünki sizin ölkənizdən olan investorlarla böyük iş təcrübəsinə
malikik”, – o əlavə edib.

Nazir həmçinin Azərbaycanla Monteneqro arasında təkcə səmərəli tərəfdaşlıq
münasibətlərinin deyil, həm də dostluq əlaqələrinin qurulduğunu qeyd edib.

“Şadıq ki, Azərbaycan bizim dostumuzdur və şübhəsiz, dostlarımızdan ala
biləcəyimiz istənilən dəstəyi nəzərə alırıq. Bu aspektdə qaz böyük əhəmiyyət
kəsb edir, belə ki, bu mavi yanacaq Monteneqronun enerji müstəqilliyini və
dayanıqlılığını təmin edə bilər. Biz uzun illərdir Azərbaycanla sıx əməkdaşlıq
edirik. Xüsusən də yerli şirkətlərlə çoxsaylı anlaşma memorandumları
imzalamışıq. Biz Azərbaycan qazının Avropa ölkələrinə nəqli üçün Monteneqro
ərazisində boru kəmərinin inşasına köməklik göstərməyə hazırıq”, – E.
İbrahimoviç deyib.

O Monteneqronun həmçinin Azərbaycandan Avropaya qaz nəqlində də tranzit ölkə
kimi çıxış etməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, Monteneqro İon-Adriatik boru kəməri vasitəsilə Azərbaycan qazına
çıxış əldə edə bilər. 516 km uzunluğa malik boru kəmərinin Albaniya,
Monteneqro, Bosniya və Herseqovina ərazisindən keçərək Xorvatiyada bitəcəyi
nəzərdə tutulur. Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 5 milyard kubmetr
qaz təşkil edəcək.

TAP artıq layihənin tərtibatçıları olan Plinacro (Xorvatiya), BH-Gas (Bosniya
və Herseqovina), GeoplinPlinovodi (Sloveniya) ilə, həmçinin Monteneqro və
Albaniya hökumətləri ilə Anlaşma və Tərəfdaşlığa dair Memorandum imzalayıb.

TAP və IAP üzrə işçi qrup yaradılıb və texniki qoşulma məsələlərini
razılaşdırmaq məqsədilə mütəmadi görüşlər keçirməkdədir.

Source link