Monteneqro rusiyalı diplomatları ölkədən çıxarır

Monteneqro rusiyalı diplomatları ölkədən çıxarır

Baxış sayı: 2. 729 dəfə baxılıb.

“RİA Novosti” ölkə hökumətinə istinadən xəbər verir ki, Monteneqronun Nazirlər Kabineti “Skripalın işi” ilə əlaqədar bir rusiyalı diplomatı geri qaytarmaq qərarına gəlib. 

ÇıxışYolu.Com bildirir ki, diplomatik missiyanın əməkdaşı həftə ərzində ölkəni tərk etməlidir. 

Podqritsa Rusiyanın fəxri konsulunun respublikada işləmək icazəsini geri çəkib. Bu ərəfədə baş nazir Duşko Markoviç bəyan edib ki, Böyük Britaniyada baş vermiş hadisə onu göstərir ki, məsuliyyət Rusiya tərəfinin üzərinə düşür.

Bununla yanaşı, o, Rusiya Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq əməkdaşı Sergey Skripalın zəhərlənməsi hadisəsinin dəqiq yerini göstərə bilməyib.

Əli Məmmədov
www.ÇıxışYolu.Com