“Moody’s” Beynəlxalq Reytinq Agentliyi “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin Rusiyadakı törəməsi “ABB Moskva”nın yerli və xarici valyutada uzun və qısamüddətli depozit reytinqini geri çağırıb.
ÇıxışYolu.Com xəbər verir ki, agentlik bunu biznes maraqları ilə izah edib.
Bundan əlavə, agentlik bankın əsas kredit qiymətləndirilməsi reytinqini də geri çağırıb.
Reytinqin geri çağırılması müddətində bankın uzunmüddətli bütün reytinqləri üzrə proqnoz stabil olub.