“Azərbaycan Beynəlxalq Bankı”nın sağlamlaşdırılması tədbirlərindən sonra bank sektorunda kapital adekvatlığı yaxşılaşıb.
ÇıxışYolu.Com xəbər verir ki, bunu bu gün Bakıda keçirilən “Moody’s”in “İllik Azərbaycan Sammiti”ndə beynəlxalq reytinq agentliyinin analitiki Petr Paklin deyib.
O bildirib ki, ABBV-nin sağlamlaşdırılması Azərbaycanın bank sektorunda risklərə də toxunub:
““Azərbaycan Beynəlxalq Bankı” ASC indiyə qədər 14,7 mlrd. manat məbləğində öhdəliyini restrukturizasiya edib.
Azərbaycanda son üç ildə dollarlaşmanın səviyyəsinin aşağı düşdüyünü görürük. Bununla belə, bank sektorunda dollarlaşma yüksək səviyyədədir. 2015-ci ildə baş verən devalvasiya banklara öz təsirini göstərib.
Bizim hesablamalarımıza görə, bankların qısa açıq valyuta mövqeyi ən pis həddə çatıb. 2017-ci il Azərbaycanın bank sektorunda kapitallaşmanın yaxşılaşmasına səbəb olub. Kapitallaşmanın yaxşılaşmasına baxmayaraq, hələ də risklər var”.