2017-ci ilin yekununda dövlətə məxsus “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin aktivləri ölkənin bank sektorunun aktivlərinin 31%-ni təşkil edib.
ÇıxışYolu.Com xəbər verir ki, bunu “Moody’s” Beynəlxalq Reytinq Agentliyinin Bakıda keçirilən illik konfransında qurumun vitse-prezidentinin köməkçisi Pyotr Paklin deyib.
Məlum olub ki, bu, 2016-cı ilin yekunu ilə müqayisədə səkkiz faiz bəndi azdır. Ölkənin üç ən güclü özəl bankı – “PAŞA Bank”, “Kapital Bank” və “Xalq Bank” ASC-lər isə birlikdə aktivlərdə 31% paya malikdir. Qalan 26 bank isə aktivlərin 38%-nə nəzarət edir.
Pyotr Paklin Azərbaycan depozitlərin dollarlaşma göstəricisinə də toxunub. Deyib ki, depozitlərin dollarlaşmasına görə, Azərbaycan MDB məkanında birincidir:
“2017-ci ilin yekununda depozitlərin 72,4%-i dollarda olub. Bu rəqəm 2016-cı ilin yekununda 75,3% təşkil edib”.