Moqadişoda qanlı cümə: 17 ölü

Baxış sayı: 5. 234 dəfə baxılıb.

Moqadişoda qanlı cümə: 17 ölü

Somali paytaxtı Moqadişoda terrorçu-kamikadzenin partlayıcı qurğunu işə salması nəticəsində azı 17 nəfər ölüb.

ÇıxışYolu.Com xəbər verir ki, hadisə paytaxt mərkəzindəki hotel yaxınlığında baş verib. 

Bildirilir ki, iki dəfə partlayış səsləri eşidilib. 

Terror aktı zamanı ölən insanlar avtobus sərnişinləri olub. Avtobus hotel yaxınlığından keçərkən güclü partlayış baş verib. 

Ölənlərin sayının artacağı istisna olunmur. 

www.ÇıxışYolu.Com