Avropa İttifaqının (Aİ) xarici məsələlər üzrə ali baş komissarı Federika Moqerini Nikol Paşinyanın baş nazir seçilməsi münasibətilə ona zəng edib.
ÇıxışYolu.Com-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, telefon danışığı zamanı onlar Aİ ilə Ermənistan arasında əməkdaşlığın vacibliyini müzakirə ediblər.
Aİ diplomatik missiyasının rəhbəri ilk fürsətdə Paşinyanı Brüsselə dəvət edib.
Rəsmi şəxslər Ermənistanda gələcək hökumətin formalaşmasını da müzakirə ediblər. Həmçinin Moqerini və Paşinyan xarici siyasət məsələsini, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasından da danışıblar.