Aktyor Morqan Frimanın adı seks qalmaqalında hallanır.
ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı “The New York Post” nəşri məlumat yayıb.
Aktyor 2015-ci ildə sevgilisi Lamar Devenport tərəfindən 25 bıçaq zərbəsi ilə öldürülən nəvəsi 33 yaşlı İdena Xayns ilə cinsi əlaqədə ittiham olunur.
Məhkəmə prosesində Devenportun vəkili Bet Anqer deyib ki, İdena ölümündən əvvəl babası tərəfindən cinsi əlaqəyə məcbur edildiyini bildirib.
İdena Xayns Frimanın ögey nəvəsidir. Belə ki, Friman İdenanın anası Dini Adyeri övladlığa götürüb. Qəzetin məlumatına görə, Friman və Xayns romanı ilə bağlı informasiyalar ilk dəfə 2009-cu ildə ortaya çıxıb. Hər iki tərəf bu iddiaları yalanlayıb. Hətta Frimanın nəvəsi ayrıca bəyanat verərək bildirib ki, bu iddialar onun ailəsi üçün əzablıdır.
Seks qalmaqalı 2017-ci ilin sonunda aralarında Ancelina Coli, Qvinet Peltrou və Salma Xayek olan onlarla qadının prodüser Xarvi Vaynşteyn tərəfindən təcavüzə məruz qalmasından sonra ortaya çıxıb.
Araşdırmalar zamanı məlum olub ki, “Weinstein Co” şirkətinin 30 yaşdan yuxarı qadın işçiləri prodüserin oxşar hərəkəti ilə qarşılaşıb.