ABŞ-da səkkiz qadın məşhur amerikalı aktyor Morqan Frimeni cinsi istismarda ittiham edib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Telekanalın məlumatına görə, “Xoş getmək” filminin çəkiliş meydanında işləyən assistent Frimenin ona qarşı əxlaqsız hərəkətlər etdiyini bildirib.
Onun sözlərinə görə, aktyor onun ətəyini dartışdıraraq, alt paltar geyinib-geyinmədiyini soruşub.
“Yalanın illüziyası” filminin çəkilişlərində iştirak etmiş bir neçə qadın da Frimeni cinsi istismarda ittiham edib.
Bundan əvvəl Frimenin ögey nəvəsi ilə intim münasibətdə olması barədə xəbər yayılmışdı.