Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Moskvada həmkarı Sergey Lavrovla birlikdə mətbuat konfransı keçirib.
ÇıxışYolu.Com xəbər verir ki, Lavrov Rusiyanın S-400-lərin təslimatının sürətləndirəcəyini açıqlayıb.
“Raket müdafiə sistemi Türkiyəyə nə qədər tez gələrsə, o qədər yaxşıdır”, – Çavuşoğlu bildirib.
Rusiya və Türkiyə ötən ilin dekabrında Moskvanın S-400 raketlərinin təsliminə 2020-ci ilin il rübündə başlaması barədə razılığa gəlmişdilər.