Rusiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Mixail Boçarnikovun qarşısına iki ölkə arasındakı strateji əməkdaşlığın möhkəmlənməsi və inkişafı ilə bağlı tapşırıq qoyulub.
ÇıxışYolu.Com Rusiya KİV-ə istinadla xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat İdarəsinin direktoru Artyom Kojin deyib.
“Yeni səfirimiz çox təcrübəli və hörmətli insandır. Ən müsbət nəticələr gözləyirik”, – Kojin deyib.
Mayın 29-da Rusiya prezidenti Vladimir Putin Mixail Boçarnikovu Azərbaycana səfir təyin edib.