b140a810-4236-41ae-bd67-263156aa46ae..jpg

Moskva ilə İrəvan arasında gizli sövdələşmə, yoxsa? – VİDEO

Baxış sayı: 490 dəfə baxılıb.

Moskva ilə İrəvan arasında gizli sövdələşmə, yoxsa? – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qərb Cənubi Qafqazda son dərəcə təhlükəli planlarını həyata keçirmək üçün
Ermənistanı alətə çevirmək istəyir. Vaşinqton və Brüssel müvəqqəti vədlər
altında İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya
İqtisadi İttifaqından çıxmasına, Rusiya hərbi bazası və sərhədçilərinin
Ermənistandan çıxarılmasına can atır. Brüsseldə elan edilən qrant dəstəyinin
həcmi Ermənistanın Avrasiya İqtisadi İttifaqı və MDB çərçivəsində əldə etdiyi
çoxmilyardlı fayda ilə müqayisə edilə bilməz”.

Bu fikirlər Rusiya Xarici İşlər Nazirliyinin aprelin 5-də Brüsseldə
Ermənistan, Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları arasında keçirilən
danışıqların yekunları ilə bağlı bəyanatında yer alıb. Rəsmi Moskva bununla
Nikol Paşinyan hakimiyyətini Qərbin onu yanlış yola yönəltməsinə imkan
verməməyə çağırıb.

Rusiyada hesab edirlər ki, NATO paytaxtında baş tutan danışıqlar Paşinyan
hakimiyyətinin planlaşdırdığı kimi keçməyib.

Ekspertlərin fikrincə, İrəvan Qərbə xidmətlərini pulsuz göstərməyəcəklərini
bildirib. Paşinyanın parlamentdə son çıxışından da aydın olur ki, Ermənistan
Qərbin bu cüzi yardımından razı qalmayıb və buna görə də Rusiyadan tam ayrılmaq
istəmir.

Rusiyalı ekspertlər hesab edirlər ki, Brüssel danışıqlarının ancaq iqtisadi
məzmunda olması ilə bağlı bəyanatlara inanmaq olmaz.

Daha ətraflı “İTV Xəbər Yekun”un süjetində:


Source link