Moskvanın “Şeremetyevo” hava limanında Moskva-İrəvan reysindən təxliyə zamanı 8 nəfər xəsarət alıb.
“RİA Novosti” xəbər verir ki, “Severnı veter” aviaşirkətinə məxsus “Boeing 747” sərnişin təyyarəsi pilot kabinəsində tüstülənmə barədə siqnal səbəbindən uçuşu dayandırıb.
Təyyarənin göyərtəsində 187 nəfər olub. Onlar hava trapı vasitəsi ilə təxliyə olunublar.
Təxliyyə zamanı yaranan basırıq səbəbindən 8 nəfər xəsarət alıb.