ef0e04e9-2933-406c-a68f-6a4e76893224.webp

“Moskva Rəsmi Bakı ilə ermənilərin Qarabağa qayıdışını müzakirə edib” – Bizdən nə danışırlar?

Baxış sayı: 302 dəfə baxılıb.

“Bizdən nə danışırlar?” verilişinin yeni buraxılışı efirə gedib.

Verilişdə bildirilib ki, Azərbaycanın nailiyyətlərini gözü götürməyənləri
ölkəmizin nüfuzlu COP29 kimi tədbirin ev sahibi olması çox narahat edir və buna
görə də, bizə qarşı hücumlar var.

Amma ölkənin uğurlarını işıqlandıran xarici KİV isə daha çoxdur. “Euronews”
telekanalının saytında Bakıda keçiriləcək COP29 İqlim Sammitinin gündəliyi ilə
bağlı Lottie Limbin məqaləsi dərc edilib.

Bildirilib ki, liderlər noyabrın 11-dən 22-dək iki həftə ərzində dünya iqlim
tədbirlərini gücləndirməyin yollarını axtaracaqlar. Türkiyənin “Daily Sabah”
nəşri İstanbulda keçirilən Cənubi Qafqaz üzrə Regional Əməkdaşlıq
Platformasının üçüncü iclası barədə xəbər yayımlayıb.

Mənbə bildirir ki, iclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov,
Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Ermənistanın xarici işlər naziri
Ararat Mirzoyan və İranın xarici işlər naziri Abbas Əraqçi iştirak ediblər.

İclasda regionda müharibə və qarşıdurma əvəzinə sabitliyin bərqərar olması və
rifahın artırılması istiqamətində atılacaq addımların dəyərləndirildiyi,
konkret əməkdaşlıq layihələri, o cümlədən regional əlaqələrin
gücləndirilməsinin müzakirə olunduğu diqqətə çatdırılıb.

Rusiyanın “Komsomolskaya pravda” nəşri bildirir ki, Rusiya Xarici İşlər
Nazirliyinin sözçüsü Mariya Zaxarova rəsmi Moskvanın Bakı ilə ermənilərin
Qarabağa qayıtması məsələsini müzakirə etdiyini açıqlayıb. “Rusiyalı rəsmi
Qarabağı tərk etmiş ermənilərin yaşamaq üçün Rusiyaya müraciət etdiklərini və
bu məsələdə onlara dəstək verdiklərini bildirib”, – deyə mənbə Mariya
Zaxarovanın açıqlamasına istinad edib.

Ətraflı Baku TV-nin süjetində:

“Moskva Rəsmi Bakı ilə ermənilərin Qarabağa qayıdışını
müzakirə edib” – Bizdən nə danışırlar?
“Moskva Rəsmi Bakı ilə ermənilərin Qarabağa qayıdışını müzakirə edib” – Bizdən
nə danışırlar?

Source link