Rusiya növbəti ildən etibarən Türkiyəyə S-400 komplekslərinin göndərilməsinə başlayacaq.
ÇıxışYolu.Com xəbər verir ki, bu fikirləri “Rosoboronexport”un rəhbəri Aleksandr Mixeyev bildirib.
“Müqavilənin icrası razılaşdırılmış vaxtda həyata keçiriləcək. 2019-cu ildə müqavilənin icrasına başlanılacaq”, – o deyib.
Rusiya və Türkiyə S-400-lərlə bağlı 2017-ci ilin payızında razılıq əldə edib.
ABŞ Rusiyadan S-400 almaq istəyən Türkiyəni sanksiya ilə hədələyib. Ankara isə Vaşinqtonu şantajda ittiham edib.