Rusiyanın paytaxtında “Moskva-Siti” kompleksinin “OKO” qülləsinin 7-ci mərtəbəsində qatı tüstünün yayılması ilə əlaqədar, 300-dən çox insan təxliyə olunub.
ÇıxışYolu.Com TASS-a istinadən xəbər verir ki, hadisə yerinə yanğınsöndürmə briqadaları və qaz xidmətinin əməkdaşları cəlb olunub, tüstünün mənbəyi araşdırılır.
Qeyd edək ki, “OKO” qülləsində 600 mənzil yerləşir. 49 mərtəbəli qüllənin hündürlüyü 260 metrdir.