Moskva Suriyaya “S-300” komplekslərini göndərə bilər

Moskva Suriyaya “S-300” komplekslərini göndərə bilər

Baxış sayı: 2. 671 dəfə baxılıb.

Moskva Suriyaya “S-300” zenit-raket komplekslərinin tədarükü məsələsinin müzakirələrinə qayıtmağa hazırdır.

ÇıxışYolu.Com “İnterfaks”a istinadən xəbər verir ki, bunu Rusiya baş qərargahının Baş əməliyyat bölməsinin rəisi Serqey Rudskoy bəyan edib.

“Qeyd etmək istərdim ki, bir neçə il əvvəl, qərb tərəfdaşlarımızın israrlı xahişlərindən sonra, Suriyaya “S-300” ZRK-nin tədarükündən daşındıq. Ancaq baş verənləri nəzərə alaraq, bu məsələyə yenidən baxılmasının mümkün olduğunu hesab edirik”, – deyə Rudskoy bildirib.

Onun sözlərinə görə “S-300”lər təkcə Suriyaya deyil, digər ölkələrə də göndərilə bilər.

.
www.ÇıxışYolu.Com