Moskva Ukraynaya qarşı sanksiyaları genişləndirib

Baxış sayı: 4. 379 dəfə baxılıb.

Moskva Ukraynaya qarşı sanksiyaları genişləndirib

Rusiya baş naziri Dmitri Medvedev Ukraynadan olan fiziki və hüquqi şəxslərə qarşı sanksiya siyahısının genişləndirilməsi haqqında qərarı təsdiqləyib.

ÇıxışYolu.Com Gazeta.ru-ya istinadən xəbər verir ki, bu haqda Medvedev öz “Twitter” səhifəsində yazı paylaşıb.

Medvedevin sözlərinə görə, Ukraynanın fiziki və hüquqi şəxslərinə qarşı “xüsusi məhdudlaşdırıcı ölçülər” tətbiq olunacaq. Rusiyalı baş nazir ölçülərin nədən ibarət olacağını açıqlamayıb.

O bildirib ki, sanksiya siyahısının genişləndirilməsi “Rusiya dövləti, şirkətləri və vətəndaşlarının” maraqlarının qorunması baxımından vacib addım idi.

Bundan əvvəl Ukraynanın Nazirlər Kabineti Milli Təhlükəsizlik və Müdafiə Şurasına Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi təklifini irəli sürmüşdü.

www.ÇıxışYolu.Com