Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Moskva yaxınlığında Balaşixa şəhərində azərbaycanlı iş adamı Nazim Əhmədov
qətlə yetirilib.
Məlumata görə, 61 yaşlı iş adamı ona məxsus olan “Yunis” adlı mağazaya yaxın
parklanma yerində öldürülüb.
Bildirilir ki, parklanma yerində onu qara geyimdə olan naməlum şəxs gözləyib
və Nazim avtomobilindən çıxan kimi ona atəş açılıb. Hadisə iş adamının həyat
yoldaşının gözü qarşısında baş verib. Əhmədovun qohumları jurnalistlərə
danışıblar ki, bundan əvvəl də onu ölümlə təhdid ediblər.
Qeyd edək ki, N.Əhmədov və onun həyat yoldaşı 2010-cu ildən “Yunis” adlı
mağazanı idarə ediblər.
Hazırda mağazada işlə bağlı araşdırma aparılır.
Mənbə: news.ru