Moskvada ən son anda təyyarə qəzasının qarşısı alındı

Moskvada ən son anda təyyarə qəzasının qarşısı alındı

Baxış sayı: 3. 910 dəfə baxılıb.

Moskvanın Domodedova aeroportunda sərnişin təyyarəsi uçuş zolağından qalxan zaman tüstülənməyə başlayıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə TASS “Qlobus” aviaşirkətinin rəsmi nümayəndəsinə istinadən məlumat yayıb.

İnsident Moskvadan Novosibirskə uçmalı olan “Boeing 737-800” laynerinin göyərtəsində baş verib.

İlkin məlumata görə, təyyarəyə havaya qalxan əsnada pilot kabinasındaт qatı tüstü qalxıb. Pilot sayıq davranaraq uçuş zolağında təyyarəni dayandırıb.

Təyyarədə olan 129 sərnişin və 7 ekipaj üzvü rezin trapla təxliyyə olunub. Zərərçəkənlərin olmadığı bildirilir.

Aviaşirkətdən bildiriblər ki, tüstülənmə anti-friz mayesinin havalandırma sisteminə düşməsi ilə əlaqədar ola bilər.

“Ekipaj üzvləri təlimata uyğun hərəkət edib, bütün proseduralar vaxtında və düzgün yerinə yetirilib. Aviaşirkət Novosibirskə uçuş üçün ehtiyat təyyarə ayırıb” deyə məlumatda qeyd olunur.

İnsidentlə bağlı araşdırma aparılır.

F.M
www.ÇıxışYolu.Com