463096e0-d6e6-4464-9fa2-f8d471e52570..jpg

Moskvada 17 yaşlı ana bir yaşlı övladının cəsədini eyvanda saxlayıb

Baxış sayı: 538 dəfə baxılıb.

Moskvada 17 yaşlı ana bir yaşlı övladının cəsədini eyvanda saxlayıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moskvada yaşayış binasının mənzillərindən birinin eyvanında bir yaşlı qızın
meyiti tapılıb. İlkin versiyaya görə, o, çimərkən boğulub.

Məlumata görə, ölən uşaq 2022-ci il təvəllüdlü qız olub. Ölümün dəqiq səbəbi
və vaxtı məhkəmə-tibbi ekspertizasının nəticələrinə əsasən müəyyən olunacaq.

Mərhum qızın nənəsi bildirib ki, uşaq çimərkən boğulub. Daha sonra nənə və ana
cəsədi eyvana çıxarıblar. Hadisədən xəbər tutan qohumlardan biri hüquq-mühafizə
orqanlarına müraciət edib.

Qeyd edək ki, bir yaşlı qızın anasının 17 yaşı var və onun daha bir azyaşlı
uşağı var.

Mənbə: life.ru

Source link