Moskvada Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması müzakirə edilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Moskva şəhərinə işgüzar səfəri çərçivəsində xarici işlər nazirinin müavini
Elnur Məmmədov Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail
Qaluzin ilə görüşüb.
Cixisyolu.com-ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat
yayıb.
Bildirilib ki, görüşdə ikitərəfli münasibətlərin aspektləri müzakirə edilib,
qarşılıqlı faydalı əməkdaşlığın cari vəziyyəti, habelə perspektiv istiqamətləri
üzrə fikir mübadiləsi aparılıb.
Tərəflər habelə regional və beynəlxalq platformalar çərçivəsində qarşılıqlı
fəaliyyətə dair məsələləri nəzərdən keçiriblər.
Səfər çərçivəsində E.Məmmədovun Rusiya Xarici İşlər Nazirliyinin beynəlxalq
hüquq məsələləri, Latın Amerikası regionu ilə münasibətlərə məsul nümayəndələri
ilə də görüşləri baş tutub.