d0301307-9e90-41fc-ac4c-45f485f1cec7..jpg

Moskvada Azərbaycan neftçilərinə həsr edilmiş “Neft Buruğu” art-obyektinin açılışı olub – FOTO

Baxış sayı: 495 dəfə baxılıb.

Moskvada Azərbaycan neftçilərinə həsr edilmiş “Neft Buruğu” art-obyektinin
açılışı olub – FOTO

Rusiyanın paytaxtı Moskvada Azərbaycan Neftçiləri Gününə həsr edilən “Neft
Buruğu” art-obyektinin açılışı olub.

“Report”un Rusiya bürosu xəbər verir ki, “SOCAR-RUS” tərəfindən Xalq
Təsərrüfatı Nailiyyətləri Sərgi Mərkəzindəki “Azərbaycan” pavilyonunda qoyulan
art-obyektin açılışı Moskva gününə həsr olunan tədbir çərçivəsində baş tutub.

Pavilyonun direktoru Səadət Kadırova “Neft Buruğu” art-obyektinin pavilyonun
qonaqlarının heyranlığına səbəb olduğunu deyib.

“Azərbaycanın əsas sərvətlərindən biri neftdir. Biz bu sənət obyektini 20
sentyabrda qeyd olunan Azərbaycan Neftçiləri Günü ərəfəsində Moskva sakinləri
və qonaqlarına təqdim etməkdən çox məmnunuq”.

Bayram tədbiri çərçivəsində ziyarətçilərə Azərbaycan xalq rəqsləri, “Məhəndi”
ənənəvi xına rəsmləri üzrə ustad dərsləri, milli rəqslər üzrə təlimlər,
pavilyonla bağlı tematik ekskursiyalar, Azərbaycan pavilyonunun və
tərəfdaşlarının hədiyyəli viktorinaları təqdim olunub.

Həmçinin mini yarmarkada qonaqlara kəklikotu, hil və mixəkli ənənəvi
Azərbaycan çayı təqdim edilib.

Source link