745c370c-a172-4239-9033-36f1a76793e8..jpg

Moskvada azərbaycanlı gənclərin təşkilatçılığı ilə yaradıcılıq gecəsi keçirilib – FOTO

Baxış sayı: 519 dəfə baxılıb.

Moskvada azərbaycanlı gənclərin təşkilatçılığı ilə yaradıcılıq gecəsi
keçirilib – FOTO

Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən Xalq Təsərrüfatı Nailiyyətləri
Sərgisinin (XTNS) “Azərbaycan” pavilyonunda “Xəzər dənizinin quldurları” adlı
azərbaycanlı gənclər təşəbbüs qrupunun “Söz və Musiqi” adlı yaradıcılıq gecəsi
keçirilib.

“Report” xəbər verir ki, tədbir iştirakçıları tamaşaçılara orijinal şeirlərlə
yanaşı, Süleyman Rüstəm, Mikayıl Müşfiq və Səməd Vurğun kimi görkəmli
Azərbaycan şairlərinin şeirlərini də təqdim ediblər. Musiqi blokunda Polad
Bülbüloğlu, Müslüm Maqomayev və Vaqif Mustafazadənin əsərləri səsləndirilib.

İştirakçılar Azərbaycanın klassik kinosu olan “Arşın mal alan”dan miniatür,
eləcə də milli Azərbaycan rəqslərini ictimaiyyətə təqdim ediblər.

Rəsmi hissənin sonunda qonaqlar Azərbaycanın milli şirniyyatlarından zövq
almaq imkanı əldə ediblər.

Source link