Hacı Beyləqanski kimi tanınan kriminal avtoritet Hacıbaba Talıbxanlıya qarşı 105.1 (qətl) və 105.2 (iki və daha çox insanın qətli) maddələri ilə cinayət işi başlanıb.
ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı haqqin.az saytına Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə baş idarəsindən məlumat verilib.
10:56
Mayın 31-də Moskvanın “Ağ ev” restoranında cinayət axtarış xidmətinin əməkdaşları 36 yaşlı Hacı Beyləqanski ləqəbli “qanuni oğru” Hacıbaba Talıbxanlını saxlayıblar.
ÇıxışYolu.Com “Praym Kraym” saytına istinadla xəbər verir ki, Hacıbaba Talıbxanlı xüsusilə ağır cinayət törətməkdə ittiham olunur.
Elan edilmiş ittihamın detalları gizli saxlanılır.
Beyləqan rayon sakini Hacıbaba Talıbxanlı qətlə yetirilmiş “qanuni oğru” Rövşən Lənkəranski tərəfindən 2012-ci ildə Dubayda keçirilmiş “sxodka”da taclandırılan iki nəfərdən biridir. Digər şəxs isə Rüfət Gəncinski kimi tanınan Ülfət Tağıyev törətdiyi qətlə görə Arxangelsk vilayətində saxlanılıb və 8 il azadlıqdan məhrum edilib.