Moskvada Orxan Camalla vida mərasimi keçirilir

Baxış sayı: 2. 223 dəfə baxılıb.

Moskvada Orxan Camalla vida mərasimi keçirilir

Mərkəzi Afrika Respublikasında qətlə yetirilən jurnalist Orxan Camalla vida mərasimi Moskvadakı məsciddə keçirilir. Müsəlman adətlərinə görə, onun cənazə namazı qılınıb. 

ÇıxışYolu.Com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, jurnalistlə vida mərasiminə həmkarları, yaxınları və qohumları gəlib. 

“Orxan hər zaman təhlükədə olan insanlara yardım edirdi. Tanıdığım ən yaxşı insanlardan biri idi. Biz bu gün kişini, şairi və jurnalisti dəfn edirik”, – onun dostu Maksim Şevçenko deyib. 

“Əgər atam kimi insanlar dünyada çox olsaydı, çox şey yaxşı olardı. Şadam ki, onunla vida mərasiminə bu qədər insan toplaşıb”, – mərhumun oğlu Camal Mansur bildirib. 

Onun cəzanə duasını Rusiya müsəlmanlarının dini lideri Ravil Qaytundin oxuyub. 

Orxan Camal – hərbi jurnalist, 1966-cı il noyabrın 12-də Moskvada Rusiyanın tanınmış müsəlman ictimai xadimi Heydər Camalın ailəsində doğulub. O, “Veçernaya Moskva”, “Nezavisimaya qazeta”, “Novaya qazeta” və bir sıra digər nəşrlərlə əməkdaşlıq edib.

Şimali Qafqazda, Cənubi Osetiyada, Əfqanıstanda, İraqda, Livanda, Suriyada və Səudiyyə Ərəbistanında çalışıb. “Dini jurnalistlər ittifaqı”nın və “Rusiyada müsəlman jurnalistlər birliyi”nin yaradıcılarındandır. Krımın Rusiyaya ilhaq edilməsinə açıq şəkildə etiraz edən şəxs olub.

www.ÇıxışYolu.Com