Moskvada rüşvət almaqda şübhəli bilinən polis işçisi “kolleqalarına” atəş açıb.
TASS xəbər verir ki, hadisə Daxili təhlükəsizlik şöbəsinin əməkdaşları tərəfindən polis nəfərini həbs etmək cəhdi zamanı baş verib.
Atəş nəticəsində bir polis işçisi öldürülüb, daha bir nəfər ağır yaralıdır.
Cinayətkar həbs edilib. İstintaq Komitəsi ona qarşı cinayət işi qaldırıb.