Rusiya daxili işlər naziri Vladimir Kolokolçev aprelin 16-da hər gün başqa insanların xilası üçün öz həyatlarını riskə atan şəxsləri təltif edib.
ÇıxışYolu.Com-ın xəbərinə görə, onlarına arasında azərbaycanlı da olub.
Polis polkovniki Aydın Qəmbərov həmin gün iş başında olmasa da, məktəblinin suya düşməsini eşidəndə dərhal hadisə yerinə gedib.
“Bir oğlan suya düşmüşdü, mən üzü üstə uzandım, tanışım kömək edirdi. Polis olduğum üçün həmişə insanlara kömək etməyi özümə borc bilirəm”, – Aydın Qəmbərov deyib.
A. Qəmbərov göstərdiyi cəsarət və fədakarlığa görə təltif edilib.
Xatırladaq ki, polis polkovniki Aydın Qəmbərov məktəblinin həyatını xilas edib. Bu hadisədən sonra onun qəhrəmanlığı barədə xəbər bütün Rusiyada yayılıb.
Aydın Qəmbərovun məktəblini xilas etməsinin görüntüləri
Əli Məmmədov
www.ÇıxışYolu.Com