198ed6e8-d1f1-430d-a626-12e2f7e765c3..jpg

Moskvada Rusiya, Suriya və Türkiyə müdafiə nazirləri arasında üçtərəfli danışıqlar keçirilib – YENİLƏNİB

Baxış sayı: 4. 424 dəfə baxılıb.

Moskvada Rusiya, Suriya və Türkiyə müdafiə nazirləri arasında üçtərəfli
danışıqlar keçirilib – YENİLƏNİB

Moskvada Rusiya, Suriya və Türkiyə hərbi idarələrinin rəhbərləri arasında
üçtərəfli danışıqlar başa çatıb.

Bu barədə çərşənbə günü Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Moskvada Rusiya Federasiyası, Suriya Ərəb Respublikası və Türkiyə
Respublikasının müdafiə nazirləri arasında üçtərəfli danışıqlar keçirilib.
Suriya böhranı və qaçqınlar probleminin həlli yolları, Suriyada ekstremist
qruplarla mübarizədə birgə səylər müzakirə edilib”, – məlumatda bildirilib.

Rusiya Müdafiə Nazirliyindən qeyd olunub ki, görüşün yekunlarına görə tərəflər
bu formatda keçirilən dialoqun konstruktiv xarakterini, Ərəb Respublikasında və
bütövlükdə regionda vəziyyətin daha da sabitləşdirilməsi naminə onun davam
etdirilməsinin zəruriliyini vurğulayıblar.

Mənbə: TASS

19:02

Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar və Milli Kəşfiyyat
İdarəsinin rəisi Hakan Fidan Rusiyanın paytaxtı Moskvada səfərdədir.

Məlumata görə, onlar bir sıra rəsmi şəxslərlə görüşəcəklər.

Bildirilib ki, görüşlərdə Suriya məsələsi geniş müzakirə olunacaq.

Bundan başqa, Ukrayna ilə Rusiya arasındakı müharibə, eləcə də digər
ikitərəfli və regional məsələlər barədə fikir mübadiləsinin aparılacağı
gözlənilir.

Source link