Moskvada təqaüdçü FTX binasının girişini yandırdı

Moskvada təqaüdçü FTX binasının girişini yandırdı

Baxış sayı: 6. 010 dəfə baxılıb.

Moskvanın Kuznetskiy Most küçəsində natəqaüdçü Federal təhlükəsizlik xidməti binasının girişində yanğın törədib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “TASS” Rusiyanın xüsusi xidmət orqanlarına istinadən məlumat yayıb.

66 yaşlı Həştərxan sakini binanın girişini özü ilə gətirdiyi yanacaqla alovlandırıb. Onun saxlanılaraq polis bölməsinə aparıldığı və barəsində RF İnzibati xətalar məcəlləsinin 20.1.-ci maddəsi (xırda xuliqanlıq) maddəsi ilə cinayət işinin açıldığı  bildirilir.

Təqsirləndirilən şəxsin sözlərinə görə, yanğını etiraz olaraq törədib. Habelə təqaüdçünün nədən narazı olduğu bildirilmir.  Saxlanılan zaman həştərxanlı təqaüdçünün üzərində müxalifyönlü şüarın yazıldığı plakat olub.

.
www.ÇıxışYolu.Com