Moskvanın “Vnukovo” aeroportundan havaya qalxan “Boeing 737” sərnişin təyyarəsi qəza enişi edib.
ÇıxışYolu.Com “İnterfaks”a istinadla xəbər verir ki, Moskvadan Həştərxana uçmalı olan təyyarənin qəza enişi etməsinə səbəb mühərrikdə yaranmış nasazlıq olub.
Pilotlar layneri işlək mühərriklə aeroporta endirə biliblər.
Məlumatlara görə, hadisə zamanı təyyarədə 170 nəfər olub.