Moskvada terrorçuluqda şübhəli bilinən azərbaycanlı saxlanıldı

Moskvada terrorçuluqda şübhəli bilinən azərbaycanlı saxlanıldı

Baxış sayı: 1. 946 dəfə baxılıb.

Moskvada terrorçuluqda şübhəli bilinən azərbaycanlı saxlanıldı

Moskvada polis əməkdaşları şəhərin mərkəzində terrorçuluqda və bir sıra cinayətlərdə şübhəli bilinən Azərbaycan vətəndaşını saxlayıb. 

ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı TASS agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadla məlumat verib. 

“Avqustun 28-də 1964-cü il təvəllüdlü Orucov Eldar Zubeyir oğlu saxlanılıb. Məlum olub ki, o, bir sıra cinayətlərdə ittiham olunaraq axtarışa verilib”, – agentliyin müsahibi bildirib. 

Onun sözlərinə görə, saxlanılan şəxs terrorçuluqda, qanunsuz silah ticarətində, qətldə, sağlamlığa ağır xəsarət yetirməkdə, soyğunçuluqda və hakimiyyətin zorla ələ keçirilməsində ittiham edilir. 

“Onun Azərbaycana ekstradisiyası ilə bağlı məsələni həll etmək üçün Orucovla bağlı materiallar prokurorluğa göndərilib”, – mənbə qeyd edib.

www.ÇıxışYolu.Com