Moskvada ticarət mərkəzində yanğın – VİDEO

Moskvada ticarət mərkəzində yanğın – VİDEO

Baxış sayı: 2. 824 dəfə baxılıb.

Rusiyada ticarət mərkəzində yeni yanğın baş verib.

ÇıxışYolu.Com “RİA Novosti”yə istinadən xəbər verir ki, Moskvanın şərqində “Персей для детей” ticarət mərkəzində yanğın olub.

Bir nəfər yanğının qurbanı olub.

Yanğına ikinci (yüksək – red.) mürəkkəblik dərəcəsi verilib. Zərərçəkənlər var, ziyarətçiləri xilasedici pilləkənlərlə təxliyyə edirlər.

Dördmərtəbəli ticarət mərkəzi Malaya Semenovskaya  küçəsi, ev 28 ünvanında yerləşir. 2009-cu ildən fəaliyyət göstərir. Ərazisi altı min kvadrat metr təşkil edir.

Hadisə Kemerova faciəsinin istintaqının fonunda baş verib.

www.ÇıxışYolu.Com