Moskvada ticarət mərkəzi və vağzal boşaldıldı

Baxış sayı: 2. 116 dəfə baxılıb.

Moskvada ticarət mərkəzi və vağzal boşaldıldı

Moskvada partlayış təhlükəsi səbəbindən onlarla ticarət mərkəzindən dörd mindən çox insan təxliyyə edilib. 

ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı TASS agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb. 

“Svetnoy”, “Atrium”, “Kapitoliy”, “Qorbuşkin dvor”, “Xoroşo”, “Meqapolis” və digər ticarət mərkəzlərinin ziyarətçiləri təxliyyə edilib. Hazırda polislər və kinoloqlar binaların yoxlanılması ilə məşğuldur. 

“RİA Novosti”nin yaydığı məlumatda təxliyyə işlərinin 12 ticarət mərkəzində və Kiyev vağzalında həyata keçirildiyi qeyd edilib. 

www.ÇıxışYolu.Com