Rusiyada ticarət mərkəzində yeni yanğın baş verib.
ÇıxışYolu.Com “RİA Novosti”yə istinadən xəbər verir ki, Moskvanın şərqində “Персей для детей” ticarət mərkəzində yanğın olub.
Bir nəfər yanğının qurbanı olub.
Yanğına ikinci (yüksək – red.) mürəkkəblik dərəcəsi verilib. Zərərçəkənlər var, ziyarətçiləri xilasedici pilləkənlərlə təxliyyə edirlər.
Dördmərtəbəli ticarət mərkəzi Malaya Semenovskaya küçəsi, ev 28 ünvanında yerləşir. 2009-cu ildən fəaliyyət göstərir. Ərazisi altı min kvadrat metr təşkil edir.
Hadisə Kemerova faciəsinin istintaqının fonunda baş verib.