İyunun 14-də Moskvanın “Krasnaya Presnya” parkında “Türkiyə fesyivalı” açılacaq.
“Anadolu” xəbər verir ki, festival “Türkiyənin Rusiyada mədəniyyət və turizm ili” çərçivəsində keçırilir.
3 gün ərzində Moskva sakinləri və şəhərin qonaqları Türkiyənin tarixi, mədəniyyəti və turizm potensialı ilə tanış olacaqlar.
Türkiyənin Rusiyadakı səfiri Mehmet Samsar bildirib ki, festival Rusiyada Türkiyə mövzusunda keçirilən ən irimiqyaslı tədbirlərdən biri olacaq:
“Bizim məqsədimiz – Türkiyəyə daha çox rusiyalı turist cəlb etməkdir”.