Moskvanın Tretyakovskaya qalereyasında adı açıqlanmayan şəxs rəsm əsərinə ziyan vurub.
ÇıxışYolu.Com “RİA Novosti”yə istinadən xəbər verir ki, cinayətkar hadisə yerində yaxalanıb.
İnsident mayın 25-də axşam saatlarında baş verib. Mühafizəçilərin çağırışı əsasında hadisə yerinə gələn polis əməkdaşları rəsmin şüşə çərçivəsini dəmir alətlə sındıraraq, kətana ciddi zərər vurmuş şəxsi həbs edib.
Həmin şəxsə qarşı “Mədəni irs sayılan obyektlərin məhv edilməsi və ya zərər vurulması” maddəsi ilə cinayət işi açılıb.
Polis rəsmiləri hansı məşhur əsərdən sözün getdiyini açıqlamasa da, agentliyin mənbəyi vandal hücumuna məruz qalan rəsmin “İvan Qroznı oğlunu öldürür” əsəri olduğunu söyləyib.